Bakı, 13 aprel, AZƏRTAC
Paytaxtın bəzi küçə və prospektlərində əlverişsiz hava şəraiti ilə əlaqədar avtomobillərin sürət həddi aşağı salınıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki,
hava şəraiti nəzərə alınaraq Böyükşor-Hava limanı-Bilgəh, Zığ dairəsi-Hava Limanı avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədilə hər zolaq üzrə sürət həddi 20 km/saat aşağı salınıb.
Belə ki, bu yollarda sürət həddi müvafiq olaraq, 120 km/saatdan 100-ə, 100 km/saatdan 80-ə, 80 km/saatdan 60-a endirilib.
Hava şəraitinin dəyişəcəyi təqdirdə sürət həddi də yenidən əvvəlki vəziyyətə qaytarılacaq.