Bu bahar hər yer rəngarəng olacaq. Fəslin gözəlliyi özünü geyimlərimizdə də göstərəcək.
Yazda tərzinizi bu geyimlərlər əks etdirə bilər və möhtəşəm bir stil yarada bilərsiniz.

ANS PRESS 2015-ci ilin bahar modasının 10 trendini təqdim edir:

İdman şıklığı- klassik parçaları idman stilində olan ayaqqabı və ya çanta ilə kombin edə bilərsiniz. Nəticədə fərqli və müasir görüntüyə qovuşacaqsınız.

Sarı çılğınlığı - bir neçə il öncə dəbdə olan sarı yenidən qayıdır. Əsl yaz rəngi olan sarıları əsasən geyimlərdə görə biləcəyik.

Fiqurlu şalvarlar - həndəsi fiqurlar olan şalvarlarla bir-birindən maraqlı kombinlər yaratmaq mümkündür.

Tül detallar - əsasən ziyafət geyimlərinin bir hissəsi hesab edilən tüllərdən artıq gündəlik geyimlərdə də istifadə olunacaq.

Kostyum - kişi geyiminin bir hissəsi olan kostyumlar bu mövsümdə zərif cinsin nümayəndələrinin seçimi olacaq.

Cins modası - ötən idən başlayan çırılmış, srtülmüş cinsin hegomonluğu davam edir. Cins geyimləri düzgün kombin etməklə həm klassik, həm də idman üslubunda ola bilərsiniz.

Ağappaq - ağ təmizlik, saflığın rəmzidir.

Saçaqlar - tez-tez saçaqlı çanta, jilet və pencəklər görsəniz təəccüblənməyin.

Köynək donlar - sadə donlar düzgün seçimlə sizi ən dəbli xanım kimi göstərə bilər. Bu sadəliyi aksesuarlarla dolğunlaşdıra bilərsiniz.

Çiçəklər - yazın rəmzi olan gül-çiçəkli donlar, ətəklər və şalvarlarla mövsümün ən cazibədarı olmaq elə də çətin deyil.




















Mənbə
ANS PRESS