Bu vəzifənin icrası Nazim Süleymanova həvalə olunub. Eyni zamanda U-17 yığmasının gələn il Azərbaycanda keçiriləcək Avropa çempionatına hazırlıq prosesi ətraflı müzakirə olunub.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına uyğun olaraq, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında 2016-cı il Avropa çempionatının final mərhələsinə Azərbaycan millisi təşkilatçı ölkənin təmsilçisi kimi birbaşa qatılacaq.