Hərbi sahəyə kim nə qədər vəsait xərcləyir?
Bakı, 13 aprel, AZƏRTAC
Stokholm beynəlxalq dünya problemlərinin tədqiqatlar institutu aprelin 13-də qlobal silah ticarətinin vəziyyəti və silahlanmaya ayrılan vəsaitə dair növbəti məruzəsini dərc edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, məruzədə göstərilmiş məlumatlara əsasən, 2014-cü ildə dünya üzrə hərbi xərclərin ümumi həcminin 4,8 faizi Rusiyanın payına düşür. Bu da Rusiyanın ABŞ (34 faiz) və Çindən (12 faiz) sonra üçüncü mövqeyə çıxarır.
2014-cü ildə Rusiyanın hərbi xərcləri 2013-cü illə müqayisədə 8,1 faiz artaraq 84,5 milyard dollara və ya ümum daxili məhsulun 4,5 faizinə çatıb. Neft satışından əldə edilən gəlirin azalması ilə əlaqədar 2014-cü ildə ölkənin müdafiə büdcəsi də 5 faiz ixtisar edilib.
Dünyada ən iri hərbi xərclərə malik ABŞ ikinci pillədə qərarlaşan Çini təxminən üç dəfə qabaqlayır. Birləşmiş Ştatlar 2014-cü ildə ordunun xərclərini 6,5 faiz azaltsa da, bu sahədə yenə yüksək səviyyədə qalır. Vaşinqton 2014-cü ildə hərbi məqsədlərə 610 milyard dollar və ya ümum daxili məhsulun 3,5 faizini xərcləyib. 2015-ci ildə də ABŞ-ın hərbi xərcləri ixtisar edəcəyi gözlənilir. 2010-cu ildə pik nöqtəsinə çatan Pentaqonun büdcəsi bu günədək 19,8 faizə qədər azaldılıb.
Çinin hərbi xərcləri isə iqtisadiyyatının inkişafı ilə paralel artmaqdadır. İnstitutun məlumatına görə, Çin hərbi xərclərini ümum daxili məhsulun 2-2,2 faizi həcmində saxlayır. Ötən il bu ölkənin orduya xərclədiyi vəsait 9,7 faiz artaraq 216 milyard dollara çatıb.
Faiz nisbətində hərbi sahəyə ən çox vəsait ayıran ölkə isə Səudiyyə Ərəbistanı olub. Krallıq keçən il orduya xərclənən vəsaiti 17 faiz artırıb.
Ümumilikdə isə dünyada hərbi məqsədlərə xərclənən vəsait artıq üç ildir ki, azalmaqdadır. Ötən il dünya üzrə orduya ayrılan xərclərin ümumi həcmi 1,776 trilyon dollar olub ki, bu da 2013-cü ildəki analoji xərclərdən 0,4 faiz azdır.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25