Çində yaşayan və ölkənin ən ağır insanı sayılan Lyan Yon ölməmək üçün hədsiz çəkisini normaya salmağa çalışır.
158 sm boyu olan Lyanın çəkisi 230 kq idi.
 
Milli.Az bildirir ki, 10 il əvvəl halı pisləşən və xəstəxanaya aparılan Lyan Yonun durumu az sonra daha da ağırlaşmış, reanimasiya bölməsinə yerləşdirilmişdi.
 
Həkimlər ona "arıqlamasan, öləcəksən" demişdilər.
 
Lyan Yon da son iki ildə pəhriz saxlayır, ciddi məşq edir. Bu minvalla o, gerçəkdən də arıqlamağa başlayıb.
 
Milli.Az