Cənubi Afrika Respublikasında yaşayan 2 yaşlı Oratil Hlonqvane sosial şəbəkələrdə ən populyar fiqurlardan birinə çevrilməkdədir.
DJ-lik edən balaca Oratil AJ təxəllüsü ilə tanınır.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bez taxsa da, hələ yaxşı danışa bilməsə də, Oratil artıq haus tipli musiqini mikş edir, kompozisiyalar bəstələyir.
 
Yohannesburq sakini olan Oratilin valideynləri onun DJ-liyi iPad-dakı proqram əlavəsi vasitəsilə öyrəndiyini deyiblər.
 
Oratilin atası, idman gimnastikası məşqçisi və həvəskar DJ Qlen Hloqvanın sözlərinə görə, hər şey oğlunun 1 yaşı tamam olanda ona iPad almasından sonra başlanıb.
 
Balaca DJ-in ilk əsərini anası Refiloe Marumo eşitmişdi.
 
Milli.Az
 




Videonu izləmək üçün şəklə klikləyin.
фото