Bakı, 13 aprel, AZƏRTAC
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən şirkətin struktur bölmələrində İnteqrəolunmuş Menecment Sisteminə (İMS) uyğun hazırlanmış prosedurların tələbləri və tətbiqi ilə bağlı təlimlər təşkil olunub.
“Akkord”un mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimlər həmçinin yeni yaradılmış - Akkord Beton MMC, Akkord Mərmər-Qranit MMC, Akkord Prefabrik MMC, Akkord Steel Construction Company MMC, Akkord Asfalt MMC–ni də əhatə edib.
Tədbirdə 141 nəfər “Akkord” əməkdaşı iştirak edib.
Təlimlər diskussiya formatında aparılıb.