Tovuz rayonunda iki məktəbli arasında baş verən mübahisə sonraqan qətl ilə nəticələnib. Rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə dünən axşam saatlarında qeydə alınıb.

Rayon sakini 1997-ci il təvəllüdlü Nemət Rzayev həmkəndlisi, 1996-ci il təvəllüdlü İdris Paşayevlə mübahisə edib. Mübahisə zamanı N.Rzayev İ.Paşayevi bıçaqlayıb.

Ağır halda xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırmalar davam edir.
Mənbə
ANS PRESS