Tibb aləmi daha bir qeyri-adi hadisəyə şahidlik etməyə hazırlaşır. 65 yaşlı alman qadın hamilədir. ANS PRESS-in məlumatına görə, qadın dördəm uşaq gözləyir. Doğuşdan sonra Annerqet Raunqk ən yaşlı dördəm anası kimi tarixə düşəcək.

Annaqretin son hamiləliyi təsadüfən olub. Belə ki, ona EKO müalicəsi tədbiq edilib. Yəni qadın donor sperması və yumurtalıqları ilə hamilə qalıb. USM müayinəsində körpələrin dördəm olacağını görəndə həkimlər ona döllərin sayını azaltmağı təklif ediblər. Lakin müəllimə buna razı olmayıb.

Məktəbdə müəllimə kimi işləyən qadının dördəmlərdən başqa 13 uşağı da var. Dördəmlərdən sonra onun uşaq sayı 17 olacaq.

Alman qadının ən kiçik övladı 10 il öncə - 55 yaşında doğulub. 7 nəvəsi olan qadının ən böyük uşağının isə 44 yaşı var. Uşaqlar 5 fərqli atadan dünyaya gəliblər.

Xatırladaq ki, ana olan ən yaşlı qadının 70 yaşı olub. Bu Hindistan olan Omkari Panvar olub.




Mənbə
ANS PRESS