Dövlət İnformasiya Ehtiyatlarının Reyestrində yeni informasiya ehtiyatı qeydiyyata alınıb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi TQDK-nın müraciətinə əsasən “Mənim məktəbim” informasiya ehtiyatını Dövlət İnformasiya Ehtiyatlarının Reyestrində dövlət qeydiyyatına alıb.
“Mənim məktəbim” informasiya ehtiyatının tərkibində 1995-ci ildən 2014-cü ilədək olan dövr üzrə respublikanın bütün məktəblərinin məzunlarının göstəricilərinin dinamikası təhlil şəklində yerləşdirilib. Bu məlumatlar fənlər üzrə düzgün cavabların faizlərini, orta imtahan ballarının və ali məktəblərə qəbul olma göstəricilərinin dinamikasını tam şəkildə əhatə edir.
“Mənim məktəbim” informasiya ehtiyatı göstəricilərin dinamikası, qəbul proseslərinin nəticələri və ən qabaqcıl məzunlar kimi bölmələrdən ibarətdir. Sözügedən informasiya ehtiyatında təfərrüatı ilə bütün məktəblər üzrə qəbul imtahanlarında iştirak edən məzunların sayı, onlardan qız və oğlanların statistik göstəriciləri ayrı-ayrılıqda verilməklə, toplanılan orta ballar, ödənişli/ödənişsiz əsaslarla universitetə qəbul olanların sayı və s. kimi əhəmiyyətli statistik məlumatlar öz əksini tapıb.
Hazırda “Mənim məktəbim” informasiya ehtiyatı “http://www.mekteb.edu.az” saytında istifadəçilərə təqdim edilir.
CAHANGİR
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33