"Milan"ın forvardı Mattia Destro "Sampdoriya" ilə oynanılan görüşdə zədələnmişdi.

Oyunu davam etdirə bilməyən hücumçu meydanı xərəkdə tərk etmək məcburiyyətində qalmışdı. Metbuat.az-ın xəbərinə görə, tibbi müayinələrin ardından Destronun zədəsinin ciddi olmadığı aşkarlanıb.

Destronun bərpa prosesinin nə qədər davam edəcəyi yaxın günlərdə açıqlanacaq.