“eBay” əlavəsi “Android” sistemli qurğulara 100 milyon dəfə yüklənib
Hazırda “eBay” mobil əlavələrindən dünyanın 190 ölkəsində 8 dildə istifadə etmək mümkündür ki, bu da ona istənilən yerdə və “Android”, “iOS”, “BlackBerry” və “Windows Mobile” platformalarını dəstəkləyən bütün qurğular vasitəsilə alış-veriş üçün geniş imkanlar açır. Cari ilin aprelində “Android” sistemli qurğularda “eBay” əlavəsinin istifadəçilərinin sayı 100 milyonu ötüb ki, bu da ona platforma istifadəçiləri arasında onlayn alış-verişə yüksək tələbatın olmasından xəbər verir. Hər gün “Android” ilə “eBay”da 2,33 milyon istifadəçi qeydiyyatdan keçir, 90 mindən çox insan əlavəni quraşdırır.
Qeyd edək ki, “eBay” internet mağazası 1995-ci ildə proqramçı Pyer Omidyar tərəfindən yaradılıb. Mağazada qeydiyyatdan keçmiş istənilən istifadəçi alış-veriş edə bilər. “eBay”da brend şirkətlər də öz mallarını sata bilərlər. Onlar tərəfindən satışa çıxarılan malları adi istifadəçi lotları arasında tapmaq mümkündür. Əvvəllər “eBay”da nəhəng marka və şirkətlər tərəfindən malların birbaşa satılması üçün nəzərdə tutulan ayrıca “brands.ebay.com” bölməsi fəaliyyət göstərib. Bölmə indiyədək aktiv olsa da, orada yerləşdirilən kateqoriyaların əksəriyyəti boşdur.
Şirkət həmçinin “PayPal” və “Ebay Enterprise” şirkətlərinin sahibidir. Direktorlar Şurasının qərarına görə, 2015-ci ildə “eBay” “PayPal” sistemini ayrıca şirkətə ayıracaq. Sazişin maliyyə məsləhətçisi qismində "Goldman Sachs”, “Allen & Company” çıxış edir, - “TelecomDaily” yazır.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33