"İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması İraqın şimalında, Mosul şəhərindən 30 km cənub-qərbdə yerləşən qədim Nimrud şəhərindəki tarixi abidələri məhv edib.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bir zamanlar Qədim Assuriya imperiyasının paytaxtı olmuş Nimruddakı misilsiz, çox qiymətli tarixi abidələri məhv edən İŞİD terrorçuları "bütpərəstlik və şirklə mübarizə aparıldığını" bəyan ediblər.
 
Terrorçular Nimrudda tarixi abidələrə divan tutulmasının videosunu da yayıblar.
 
Nimrud şəhərinin bünövrəsi eramızdan əvvəl 13-cü əsrdə qoyulmuşdu.

Milli.Az
 
 



Videonu izləmək üçün şəklə klikləyin.
фото