İspaniya çempionatında sona 8 tur qalmış yüksək yerlər uğrunda mübarizədə gərginlik artıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ötən həftə sonu XXXI turun oyunları keçirilib.
İlk olaraq “Real” “Eybar”a qalib gəlib. Digər Madrid təmsilçisi “Atletiko” Malaqa səfərinə üz tutub və cəmi bir xalla qayıdıb. Mərkəzi matçda son Avroliqa kubokunun sahibi “Sevilya” “Barselona” ilə çətin görüşə çıxıb. Burada da tərəflər xalları yarı bölüblər. Keçən turda itirdiyi xallara üzülən “Valensiya” bu dəfə “Levante”dən üstün olmaq üçün gücünü sərf edəcək. “Vilyareal” isə son görüşdəki “Espanyol”la olan məğlubiyyətdən hələ ayılmayıb: yenə heç-heçə.
XXXI tur
11 aprel
“Real” – “Eybar” - 3:0
Qollar: Ronaldo, 21; Xavyer Hernandez, 31; Xese Rodriqez, 83;
“Malaqa” – “Atletiko” - 2:2
Qollar: Fernando Torres, 37 (avtoqol); S. Qarsiya, 71; - A.Qrizmann, 25; 78;
“Sevilya” – “Barselona” - 2:2
Qollar: Ever Baneqa, 38; K.Qameyro, 84; - Messi,14; Neymar, 31;
12 aprel
“Almeriya” – “Qranada” - 3:0
Qollar: Tomas, 45; 87; Xavyer Espinoza Qonzalez, 59;
“Selta” – “Rayo Valyekano” - 6:1
Qollar: X. Larrivey, 6; 37; Santi Mina, 21; 40; 51; 56; - Manuço, 1;
“Xetafe” – “Vilyareal” - 1:1
Qollar: Diyeqo Kastro, 64; - Uçe, 52 (pen.);
“Espanyol” – “Atletik” - 1:0
Qol: Serxio Qarsiya, 40;
“Real Sosyedad” – “Deportivo” - 2:2
Qollar: Priyeto, 33 (pen.); Qonzalo Kastro, 57;- Lukas, 40; Xose Verdu Toçe, 78;
13 aprel
“Kordoba” – “Elçe” - 0:2
Qollar: Enzo Roko, 41; Pasaliç, 68;
23:30 “Valensiya” – “Levante”
Milli.Az