Əməkdar artist Elza Seyidcahan təəccübləndirməkdə davam edir. Milli.Az xəbər verir ki, sənətçi “A-dan Z-yə” verilişində yeni şeirini deyib. Seyidcahan şeirin ardınca ismarış göndərməyi də unutmayıb:
“Özünə şair, jurnalist deyənlər mənim şeirlərimə baxıb utansınlar, özlərinə şair, jurnalist deməsinlər. Mən şair deyiləm. Şeiriyyatın cızma-qaraçısıyam”.
Qeyd edək ki, Elza Seyidcahanın son zamanlar yazdığı şeirlər mətbuatda və sosial şəbəkələrdə müzakirə mövzusudur.
İntiqam Valehoğlu
Milli.Az