Bakıda qətl törədilib. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, aprelin 11-də saat 17 radələrində 1970-ci il təvəllüdlü Ağayev Rafiq Tumaroviçin üzərində kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti tapılıb. Araşdırmalar nəticəsində onun 1970-ci il təvəllüdlü Kupyorkin Vladimir Viktoryeviç tərəfindən qətlə yetirilməsi məlum olub. O saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Qeyd edək ki, qətli törədən və öldürülən şəxslərin hər ikisi tüfeyli həyat tərzi keçirirmiş.