Metropoliten rəisi sərt tənqid edildi
ANS PRESS Fazil Mustafanın "facebook"da yazdığı statusu təqdim edir:
“Məmmədəmin Rəsulzadənin “Bakmil” metrostansiyasının yanında, depo ərazisində 1992-93-cü illərdə qoyulmuş büstü bu günlərdə metropolitenin rəisi Zaur Hüseynov göstərişi ilə dağıdılıb və qalıqları yük maşınına yığılaraq aparılıb.
Burada böyük Azərbaycan liderinin xatirəsinə sayğısızlıq, istiqlal tariximizə qarşı hörmətsizlik, millətimizə qarşı ədəbsizlik kimi bir davranışın olduğunu xatırlatmağa xüsusi zərurət duymuram. Bir həqiqəti bilirəm ki, Allahın ucaltdığını kmisə alçalda bilməz, Allahın alçaltdığını kimsə ucalda bilməz. Rəsulzadə bu miləlt üçün Allahın bəxş etdiyi bir dəyərdir və ayrı-ayrı naqis davranışlarla onu aşağlamaq mümkün deyildir.
Ancaq burada bir ciddi məqam var. Metropolitenin rəisi bu hərəkəti ilə həm də ölkə prezidentinə meydan oxuyub. Bildiyimiz kimi, prezident İlham Əliyev ötən il Məmmədəmin Rəsulzadənin anadan olmasının 130 illiyinin qeyd olunması barədə təqdir olunası bir sərəncam imzalamışdı. Həmin sərəncamda Rəsulzadənin irsinin öyrənilməsi, əsərlərinin nəşri, yubileyinin dövlət səviyyəsində qeyd olunması nəzərdə tutulmuşdu.
Üstəlik də sərəncamda Rəsulzadənin büstünün və ya abidəsinin dağıdılması barədə hansısa göstəriş, işarə, ideya yox idi və ola da bilməzdi. Çünki prezidentin eyni sayğını böyük şəxsiyyətimiz Əlimərdan bəy Topçubaşiyə də göstərdiyni imzaladığı başqa bir sərəncamdan da bilirik.
Belə olan halda Zaur Hüseynovun hərəkəti prezidentin sərəncamına qarşı hörmətsizlik deyil, bəs nədir? Prezidentin sayğı göstərdiyi, yubileyini dövlət səviyyəsində qeyd etməyi tapşırdığı bir tarixi şəxsiyyətə hansısa bir məmurun hörmətsizlik göstərməsinin adı nədir? Bu səviyyəsiz hərəkət haqlı olaraq cəmiyyətimizin sağlam düşüncəli insanlarında etiraz doğurur və biz də bu etirazlara qoşuluruq”. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18