"20-ci əsrin ilk soyqırımına ermənilər öz milli mənsubiyyətlərinə görə məruz qalıblar".
 
Bunu Roma Katolik Kilsəsinin başçısı, bütün dünya katoliklərinin lideri 1-ci Fransisk bu gün Vatikanda qondarma "erməni soyqırımı qurbanlarınınn xatirəsi"nə həsr olunmuş təntənəli liturgiyada deyib.
 
Milli.Az bildirir ki, Roma Papası söyləyib: "Bəşəriyyət ötən əsrdə üç görünməmiş, dəhşətli faciə yaşadı. 20-ci əsrin ilk soyqırımı sayılan ilk faciədə ermənilər, habelə yunanlar və assuriyalılar qurban oldular. Digər iki soyqırıma görə nasisz və stalinizm məsuliyyət daşıyır.
 
Ermənilərin məruz qaldığı dəhşəti unutmaq olmaz. Yaddaş olmayan yerdə yaralar satalmamış qalır. Cinayəti ört-basdır etmək isə yaranı sağalmağa qoymur".
Liturgiyada Ermənistan prezidenti Serj Sarkisyan, Bütün Ermənilərin Katolikosu 2-ci Qaregin, Kilikiya Katolikosu 1-ci aram, Erməni katoliklərin Patriarxı 19-cu Narses Petros da iştirak ediblər.
 
Liturgiyadan əvvəl iştirakçılara "Pasxanın ikinci bazarı və ya ilahi mərhəmət" ilə "Erməni qurbanlarının 100-cü ildönümü münasibətilə Müqəddəs Ayin" kitabçalarında Surb Qriqor Narekatsidən də bəhs olunub.
 
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin