"Rasiya 24" kanalı Bakıdan reportaj hazırlayıb.

ANS PRESS-in məlumatına görə, reportajda Azərbaycanın Avropa Oyunlarına necə hazırlaşdığı işıqlandırılıb.

Bildirilib ki, iyun ayında keçiriləcək Avropa Oyunlarında 6 min idmançı iştirak edəcək. Ən böyük nümayəndə heyəti isə Rusiyadan gələcək. Belə ki, Rusiya milli komandasında 300-dən çox idmançı Avropa Oyunlarında iştirak edəcək.

Reportajda Avropa Oyunlarının keçiriləcəyi idman obyektlərinin inşası ilə bağlı geniş məlumat verilir.

Həmin reportajı sizə təqdim edirik:

Mənbə
ANS PRESS