"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 1 nəfər intihar etmək məqsədilə hündurlüyü 45 metr olan işıq dirəyinə çıxıb.
Dərhal FHN-in yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər vətəndaşla psixoloji söhbətlər apararaq intihara cəhdin qarşısını alıblar. Vətəndaş adiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 15:57-də başa çatıb.