Qolu yenə qapıçı vurdu

Braziliyanın San-Paulu ştatının çempionatının dörddəbir finalında "San-Paulu" və "Red Bull" (3:0) qarşılaşıblar. Milli.Az Sports-a istinadən bildirir ki, "paulista"nın qapıçısı Rojerio Seni cərimə zərbəsini yerinə yetirərək oyunda hesabı açıb.

Matçın 44-cü dəqiqəsində vurulan qol 41 yaşlı Seninin karyerası ərzində 127-ci qolu olub.



Milli.Az