"İnter" Mauro İkardiyə yeni müqavilə təklif etməyə hazırlaşır.

Metbuat.az "Sportmediaset"ə istinadən xəbər verir ki, hücumçunun meneceri Abian Morano növbəti həftə danışıqlar aparmaq üçün Milana gələcək. Görüşdə klub prezidenti Erik Toxirin də iştirak edəcəyi gözlənilir.

"Mançester Yunayted" başda olmaqla, bir sıra Avropa nəhəngləri İkardi ilə yaxından maraqlanırdılar.