Məşhur cütlük - ifaçı Justin Timberlake və Hollivud aktrisası Jessica Bielin övladları dünyaya gəlib.

ANS PRESS-in məlumatına görə, cütlüyün oğlu olub. Onlar övladlarının adını Silas Randall Timberlake qoyublar. Hələlik mətbuatda heç bir əlavə məlumat və ya şəkil paylaşılmır. Qısaca olaraq ana ilə oğlunun vəziyyətinin yaxşı olduğu, Justinin isə həddən artıq sevincli olduğu deyilir.

Xatırladaq ki, Justin Timberlake və Jessica Biel cütlüyü 2012-ci ildə ailə qurub. Onların toy mərasimlərinin qeyri-adiliyi isə gəlinin toya çəhrayı gəlinlik paltarı ilə gəlməsi olub. Buna görə, bir çoxları məşhur aktrisaya heyran olsalar da, onu tənqid edənlər də tapılmışdı.
Mənbə