Suriyanın Hələb şəhərində ermənilərin kompakt yaşadığı Suleymaniyə məhəlləsinin terrorçular tərəfindən  raket atəşinə tutulması nəticəsində  bir neçə erməni yaralanıb. APA-nın məlumatına görə, bu barədə “NEWS.am”a Hələbin erməni icmasından bildirilib.  

 

Məlumata görə, atəş nəticəsində erməni kilsəsinə ciddi ziyan dəyib.  Bir neçə binanın uçduğu, yanğının baş verdiyi bildirilir.  

 

Suriyanın SANA dövlət informasiya agentliyinin məlumatına görə, Hələbin Suleymaniyə və Seyid Əli məhəllələrin raket atəşinə tutulması nəticəsində 8 nəfər ölüb, 47 nəfər ölüb.