Rumıniyanın "Petrolul" klubunun yarımmüdafiəçisi Felipe Teyşeyra ilə Azərbaycan klublarından biri maraqlanır.

ANS PRESS-in məlumatına görə, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, 34 yaşlı oyunçu ilə Cənubi Kiprin APOEL klubu, eləcə də Türkiyənin iki komandası maraqlanır. Teyşeyranı heyətində görmək istəyənlər arasında Azərbaycan və Yunanıstan təmsilçiləri də var. Bunu Portuqaliyanın gənclərdən ibarət komandalarında oynamış futbolçunun agenti bəyan edib.

Qeyd edək ki, Teyşeyra vaxtilə Fransanın PSJ, İngiltərənin "Vest Bromviç" və Ukraynanın "Metallurq" (Donetsk) klublarında oynayıb.
Mənbə
ANS PRESS