Portuqaliyalı idmançı Avropa Oyunlarını tanıtmaq üçün Bakıya velosipedlə gələcək
Bakı, 11 aprel, AZƏRTAC
Portuqaliyalı idmançı Horhe Kristovao Lissabon şəhərindən Azərbaycanın paytaxtı Bakıya velosipedlə gələcək. İdmançı səyahətinə aprelin 10-da başlayıb. Yeddi min kilometr məsafə qət edəcək H.Kristovao səyahəti boyu bir çox ölkədən keçərək, iyunun 10-da paytaxtımıza çatacaq.
AZƏRTAC xəbər verir ki, Bakıya gəldikdən sonra o özü ilə gətirəcəyi Portuqaliya bayrağını iyunun 12-də keçiriləcək Avropa Oyunlarının açılış mərasimində ölkəsinin milli komandasına təqdim edəcək.
İdmançı deyib: “Ölkəmin bayrağını Bakıya aparmaq mənim üçün böyük məna kəsb edir. Mən hər gün kilometrlərlə velosiped sürürəm. İndiyədək getdiyim ən uzun məsafə Fransa yolları olub. Onda doqquz gün ərzində 1760 kilometr qət etmişdim. Lakin hazırki missiyam ilə heç nə müqayisə oluna bilməz. Çünki bu böyük səy tələb edir və missiyamın öhdəsindən gələcəyimə əminəm. Bu səyahətimə Portuqaliya Milli Olimpiya Komitəsi dəstək verib. Avropa Oyunlarının daha da tanıdılması məqsədi daşıyan bu təşəbbüsümü “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi də böyük məmnuniyyətlə qarşıladı”.
H.Kristovao bildirib ki, səyahəti boyunca İspaniya, Fransa, Monako, İtaliya, Türkiyə, Gürcüstan Milli Olimpiya komitələrinə, həmçinin Avropa Olimpiya Komitəsinin Romadakı Baş Qərargahına və Yunanıstanın Saloniki şəhərindəki Olimpiya Muzeyinə baş çəkəcək.
“İyunun 10-da Portuqaliyanın Milli Bayramı Günündə Bakıya çatacağam. Burada bir neçə gün qaldıqdan sonra iyunun 14-də Portuqaliyaya yola düşəcəyəm”-deyə idmançı qeyd edib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33