Bakıda sərnişin avtobusları yanıb.

ANS PRESS-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Bakı şəhəri, Suraxanı rayonunda qarajın ərazisində baş verib.

Qarajda istifadəyə yararsız 6 ədəd "İSUZU" markalı avtobus yanıb.

Digər avtobuslar vaxtında yanğından mühafizə olunub. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisənin səbəbi araşdırılır.
Mənbə
ANS PRESS