Filippində kafelərdən biri müştəriləri cəlb etmək üçün maraqlı üsula əl atıb.
AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, kafenin sahibi Zak Yonzon həyat yoldaşı ilə birlikdə qəhvənin üzərində müştərilərin şəklini çəkməklə məşğuldurlar.
Kafe hələ təzə fəaliyyətə başlayanda onlar südlü köpük üzərində dovşan rəsmini, daha sonralar cizgi filminin qəhrəmanlarının və məşhur şəxslərin şəkillərini çəkirdilər.
Zak artıq öz tələbələrinə bu yeni və maraqlı üsulun sirlərini öyrədib. Onun sözlərinə görə, hər bir müştəri fincanında özünün və ya sevdiklərinin şəkillərini görəndə gülümsəyir. Bu da onu çox ruhlandırır.

