Beynəlxalq Valyuta Fondu yeni Dot Money virtual valyutasını təqdim edib.
Dot Money virtual valyuta olmaqla Bitcoin rəqəmli pulunda tətbiq olunan oxşar texnologiyadan istifadə edir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni kriptovalyuta dünya iqtisadiyyatını sabitləşdirməyə kömək etmək, insanları və ölkələri yerli valyutaların devalvasiyasından qorumaq məqsədilə hazırlanıb. Dot Moneydən dünyanın hər yerində internetə məcburi qoşulmadan istifadə etmək mümkün olacaq.
 
Bitcoin valyutasından fərqli olaraq Dot Money hökumət, hüquq-mühafizə orqanları, bank və maliyyə müəssisələri ilə əməkdaşlıq edərək fəaliyyət göstərəcək mərkəzi inzibatçıya malikdir.
 
Ekspertlərin fikrincə, kriptovalyutalar ənənəvi bank sisteminin gəlirləri üçün təhlükə yaratmaqda davam edir.
 
Milli.Az