Andris Berzinş Latviya Prezidentliyinə namizədliyini təkrar irəli sürməyəcək
Riqa, 11 aprel, AZƏRTAC
Latviya Prezidenti Andris Berzinş ikinci müddətə prezidentliyə namizədliyini irəli sürməmək qərarına gəlib. Bunu Prezident Dəftərxanasından bildiriblər.
Latviya müstəqilliyini bərpa edəndən sonra ölkənin tarixində ilk dəfədir ki, prezident təkrar namizədliyini irəli sürməmək barədə özü qərar qəbul edir.
Bir gün əvvəl Avstriyada rəsmi səfərdə olan A.Berzinş deyib: “Qərarlar uzunmüddətli qiymətləndirmənin nəticəsi kimi formalaşır. Vəziyyəti qiymətləndirərək, inkişafa, nəticələrə və imkanlara baxaraq belə qənaətə gəlirəm ki, bu, bir növ son ilin ümumiləşdirməsidir.
Milyonçular siyahısında rəsmi yeri olan 66 yaşlı Andris Berzinş 2010-cu ildə birbaşa siyasətlə məşğul olmaq qərarına gəlib, “yaşıllar” və kəndlilər İttifaqından deputat seçilib.
2011-ci il iyunun 2-də prezident seçkilərində qələbə qazanması onun karyerasında növbəti mərhələ olub: parlamentdə gizli səsvermə zamanı 43 səsə qarşı 53 səs toplayaraq dövlət başçısı vəzifəsində Valdis Zatlersi əvəz edib, 2011-ci il iyulun 8-də rəsmi surətdə vəzifələrinin icrasına başlayıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33