BDU Türkiyənin daha iki universiteti ilə müqavilə imzaladı
BDU-nun mətbuat və İnformasiya şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Qafqaz Universitetləri Birliyi tərəfindən təşkil edilən Bakı KÜNİB 2015 təhsil sərgisinin açılış günləri çərçivəsində adıçəkilən Birliyə daxil olan universitetlərin rektorları bu gün Bakı Dövlət Universitetində olublar.
Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov tanınmış alimlərin universitetə gəlişindən məmnunluq ifadə edib. BDU-nun beynəlxalq əlaqələrindən, dünyanın ən böyük təhsil və elm ocaqları ilə birlikdə qrant və proqramlar üzərində işlədiyindən danışan rektor Azərbaycanla Türkiyə arasında olan dostluq, qardaşlıq əlaqələrindən də söz açıb, BDU-nun Türkiyənin bir çox ali məktəbləri ilə ikitərəfli müqavilələrinin olduğunu, onlarla sıx əməkdaşlıq etdiyini vurğulayıb. Rektor bugünkü görüşün əlaqələrin davamlı xarakter daşımasına böyük zəmin yaradacağını bildirib. 30-dək təhsil ocağının iştirakı etdiyi görüşdə onların bəziləri ilə əməkdaşlıq müqaviləsinin olduğunu deyən rektor bu gün daha iki universitetlə belə müqavilənin imzalanacağını diqqətə çatdırıb.
Çıxış edən Qafqaz Universitelər Birliyinin sədri, Ərdahan Universitetinin rektoru Ramazan Korkmaz yenidən Azərbaycanda olmaqdan məmnunluqlarını ifadə edib, dövlətlərarası dostluq, qardaşlıq münasibətlərindən bəhs edib.
Sonra BDU ilə Türkiyənin Batman və Ərzurum Texniki Universiteti arasında əməkdaşlıq müqavilələri imzalanıb. Birgə elmi tədqiqatların aparılması, tələbə, təcrübə və informasiya mübadiləsi, müxtəlif mövzularda çoxsaylı konfransların, seminarların keçirilməsi və digər məsələləri əhatə edən əməkdaşlıq müqavilələrini Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və adıçəkilən universitetlərin rektorları – Abdüsselam Uluçam və Muammer Yaylalı imzalayıblar.
İmzalanma mərasimindən sonra qonaqlar universitetin Heydər Əliyev Muzeyi və Nanoaraşdırmalar laboratoriyasında olublar. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47