Pekin mübahisəli Cənubi Çin dənizində süni ada yaradır
Bakı, 11 aprel, AZƏRTAC
Pekin mübahisəli Cənubi Çin dənizində öz mövcudluğunu artırmaqda davam edir.
AZƏRTAC The New York Times qəzetinə istinadla xəbər verir ki, Çinə aid gəmilər Spratli adalarında aktiv fəaliyyət göstərərək mərcan rifi ətrafında süni ada yaradırlar. Burada iri adanın yaranması ilə Çin orada hərbi baza yerləşdirərək regionda qüvvələr balansını kəskin şəkildə dəyişə bilər.
Hazırda Spratli adalarına altı ölkə - Çin, Vyetnam, Filippin, Malayziya, Tayvan və Bruney iddia edir. Hazırda ən çox adaya Vyetnam sahibdir. Ondan başqa Filippin və Malayziyanın da öz adaları var. Ən böyük adada isə Tayvan ordusunun hərbi bazası yerləşir.
Çin arxipelaqda aktiv tikinti işləri aparan yeganə ölkə deyil. Mart ayının sonlarında Filippinin xarici işlər naziri Albert del Rozario ölkəsinin mübahisəli Cənubi Çin dənizindəki Spratli adalarında bərpa işlərinə yenidən başladığını bəyan etmişdi. Rozario bu addımı adaların müqəddəratını beynəlxalq arbitrajda həllindən boyun qaçıran Çinin mövqeyinə görə atdıqlarını qeyd edib.
Süni adaların yaradılması qonşu adaları onlara birləşdirmək, həmçinin yaxın akvatoriyaya haqq iddia etməyin münasib üsulu sayılır. Geoloji kəşfiyyatın məlumatlarına görə, Cənubi Çin dənizində külli miqdarda enerji resursları ehtiyatı mövcuddur.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Pambıqdan yüngül planet kəşf edildi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18