Publika.az pişiklərin köməkliyi ilə müalicə metodunu təqdim edir.
Yuxusuzluq
Pişiyi stolun üstünə qoymaq lazımdır. Özünüz isə stulda əyləşib pişiyi alnınıza 5 dəqiqə müddətində sıxın. Proseduru bir gündən sonra yenidən təkrar edin. Müalicə kursu yaşdan asılı olaraq 7-20 dəfə lazım olur.
Mədə-bağırsaq xəstəlikləri
Mədənin üstünü salfetlə örtüb pişiyi üzərinə qoymaq lazımdır. Prosedurun müddəti 5-7 dəqiqə təşkil edir. Müalicə kursu: 7-12 dəfədir. Kursu bir gündən bir təkrar etmək lazımdır.
Ağciyər xəstəlikləri
Balaca pişik balasını sinə nahiyənizə qoyun. Prosedurun müddəti 8 dəqiqədir. Sonra isə çevrilib pişiyi kürəyinizə qoyun. Proseduru bir gündən bir təkrar edin. Müalicə kursu: 10-12 dəfədir.
Soyuqdəymə
Soyuqdəymə vaxtı pişiyi ayağın arxa tərəfinə qoymaq lazımdır. Proseduru hər gün təkrar etmək lazımdır. Prosedurun davamlılığı sizin və pişiyin səbrindən asılıdır. Müalicə kursunun müddəti: 3-4 dəfədir.
Osteoxondroz
Pişiyi kürəyə qoyub 8-15 dəqiqə uzanmaq lazımdır. Bunu hər gün etmək lazımdır. Müalicə kursu 7-8 dəfədir.
Depressiya
Depressiyadan azad olmaq üçün hər gün 15 dəqiqə pişiklə oynayın.
Hipertoniya
Pişiyi yaxalıq kimi boynunuza qoyun. Müddəti 3-4 dəqiqədir. Bunu gündə ən azı 3 dəfə edin. Müalicə kursu 8-15 dəfədir.
İmpotensiya və cinsi zəiflik
Bu xəstəliklərdən azad olmaq üçün pişiyi yan nahiyəyə qoyun. Müalicənin davamlılığı sizdən və pişikdən asılıdır. Proseduru bir gündən bir həyata keçirin. Kurs 25 dəfə.
Milli.Az