Kişi basketbolçular arasında Avropanın ən nüfuzlu klub turniri olan Avroliqada son səkkizliyin təqvimi açıqlanıb.

Metbuat.az-ın xəbərinə görə, ilk oyunlar aprelin 14-də keçiriləcək. Həmin gün ÇSKA "Panatinaikos"u, "Fənərbağça" isə "Makkabi"ni qəbul edəcək. Digər iki görüş isə bir gün sonra - 15 aprel tarixinə planlaşdırılıb.

14 aprel

ÇSKA - "Panatinaikos"

"Fənərbağça" - "Makkabi"

15 aprel

"Barselona" - "Olimpiakos"

"Real" - "Anadolu Efes"

Seriyaların ikinci matçları 16-17 aprel tarixlərində keçiriləcək.