Bakı, 11 aprel, AZƏRTAC
Yaxın günlərdə 300 ədəd “İVECO” markalı yeni avtobus da Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri nəqliyyat naziri Ziya Məmmədov aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.
Nazir diqqətə çatdırıb ki, ictimai nəqliyyatda avtobus parkının yenilənməsi davam etdirilib, bu müddətdə paytaxta orta və iri tutumlu daha 65 müasir avtobus gətirilib.