Praqa, 11 aprel, AZƏRTAC
Çexiya Prezidenti Miloş Zeman Moskvayda səfəri zamanı Qələbə Gününə həsr edilmiş paradda iştirak etməyəcək. Bu barədə dövlət başçısının mətbuat katibi İrji Ovçaçek növbədənkənar mətbuat konfransında deyib. Zeman həmin vaxtı Slovakiyanın birinci naziri Rober Fitso ilə danışıqlara sərf edəcək. İ.Ovçaçekin sözlərinə görə, bununla belə, Çexiyanın Prezidenti Rusiya paytaxtına səfəri zamanı Çexoslovakiyanın azadlığı uğrunda həlak olmuş sovet əsgərlərinin abidəsi önünə əklil qoyacaq, habelə İkinci dünya müharibəsində həlak olanların xatirəsini yad edəcək.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa