Rusiyanın embarqosuna görə alman fermerləri ötən il təxminən 600 milyon avro itiriblər
Bakı, 11 aprel, AZƏRTAC
Rusiyanın Qərbin sanksiyalarına cavab olaraq Avropanın kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi embarqo alman fermerlərinin yüz milyonlarla avro itirməsinə səbəb olub. Bu barədə Almaniya Fermerlər İttifaqının başçısı Yoahim Rukvid məlumat verib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, təkcə 2014-cü il ərzində Rusiyanın tətbiq etdiyi embarqo səbəbindən alman fermerlərinin təxminən 600 milyon avro itirdiyini deyən Y.Rukvid bu məhdudiyyətlərdən ən çox Almaniyanın süd və ət məhsulları sahəsinin zərər çəkdiyini vurğulayıb.
Fermerlər ittifaqı embarqo nəticəsində AFR-də südün litrinin qiymətinin 3-4 sent ucuzlaşdığını, donuz ətinin kiloqramının qiymətinin isə bəzi hallarda 1,4 avroya qədər düşdüyünü bildirib.
Qeyd edək ki, 2014-cü ilin avqust ayından Rusiya ona qarşı tətbiq edilən sanksiyalara cavab olaraq ABŞ, Kanada, Avstraliya, Norveç və Avropa İttifaqı ölkələrindən ərzaq məhsullarının idxalına məhdudiyyətlər qoyub. Qadağalar siyahısına donuz, mal və toyuq ətı, həmçinin kolbasa, balıq, meyvə-tərəvəz və süd məhsulları daxildir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33