Dünyaca məşhur amerikalı müğənni Riannanın 2010-cu ildə "Te Amo" mahnısının klipinin çəkilişlərinin aparıldığı "Le Château de Vigny" qəsri satışa çıxarılıb.
 
Qəsrin ilkin satış qiyməti 5,7 milyon dollardır.
 
"Le Château de Vigny" qəsri 1504-cü ildə Fransa kralı 12-ci Lüdovikin baş naziri Jorj Ambuazın sifarişi ilə tikilmişdi. Ambuaz vəfat edəndən sonra qəsr sahibsiz qalıb və yalnız 1867-ci ildə təmir olunmuşdu.
 
Neoqotik stildə inşa edilən, 11 min kvadrat metr sahəsi olan qəsrdə 6 qüllə, kiçik kilsə və böyük yeraltı anbar var.
 
Qəsrin zal və dəhlizlərinin tavanlarından 16-cı əsrin çilçıraqları asılıb.
 
Milli.Az




Videonu izləmək üçün şəklə klikləyin.
фото