Britaniya krallığının hərbi dəniz qüvvələri və NATO bu həftəsonu Şotlandiya sahillərində irimiqyaslı hərbi təlim keçirəcəklər.

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, təlimlərdə 55 gəmi, 70 təyyarə, 14 ölkədən olan 13 min hərbçi iştirak edəcək.

Britaniyanın Müdafiə Nazirliyi bildirib ki, təlimlər hansısa ölkəyə mesaj deyil. Lakin NATO komandanlığından bildiriblər ki, təlimlər Alyansın gücünü göstərmək və Rusiyanın təcavüzündən qorxan qonşularının narahatlığına son qoymaq üçündür.

Milli.Az