Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilir
Bakı, 11 aprel, AZƏRTAC
Aprelin 11-də Bakı şəhərinin rayonlarında kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilir. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə təşkil edilən yarmarkalara mövsümə uyğun meyvə-tərəvəz və digər məhsullar çıxarılıb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev AZƏRTAC-a bildirib ki, yarmarkalara rayonlardan 600 tondan çox müxtəlif kənd təsərrüfatı məhsulları gətirilib. Qiymətlər bazarlardakından 25-30 faiz ucuzdur. Məhsulların keyfiyyəti ciddi yoxlanılır.
M.Hacıyev qeyd edib ki, yarmarkalarda qiymətlər stabil olaraq qalır. Belə ki, qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 – 5,5 manata, quş əti 2,5 – 2,8 manata, kartof 65 - 90 qəpiyə, yumurta 6 - 7 qəpiyə və s. təklif olunur. O, əlavə edib ki, tərəvəz məhsullarının qiymətlərində enmələr müşahidə olunur.
Qeyd edək ki, yarmarkalar Xətai rayonunda “Ukrayna dairəsi”nin və Bakı kinoteatrının yanı, Nəsimi rayonunda S.Vurğun küçəsi 73, Təzə Bazarın ərazisi, Yasamal rayonunda Akim Abbasov küçəsi, Nərimanov rayonunda Gənclik metrosunun yanı, Səbail rayonunda Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, məktəbin arxası, Suraxanı rayonunda Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev 2, “Vətən Şəhidləri Unudulmur” abidələr kompleksinin və hərbi hissənin yanı, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi 12, Binəqədi rayonunda Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığında təşkil olunur.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05