Rusiya prezidenti Vladimir Putin ən nüfuzlu insanların reytinq siyahısında dünya liderlərini qabaqlayıb. Siyahını "Time" jurnalı hazırlayıb.

ANS PRESS-in məlumatına görə, səsvermə cümə günü axşan saatlarında yekunlaşıb. Rəsmi nəticələr isə aprelin 13-də elan ediləcək.

İlkin məlumata görə, Putin reytinq siyahısına liderlik edir. O, 6,9 faiz səs toplayıb. Dalay Lama 1,7 faizlə 7-ci, ABŞ prezidenti Barak Obama 1,4 faizlə 11-ci, Almaniya kansleri Angela Merkel isə 0,9 faizlə 25-ci yerdədir.

Qeyd edək ki, Rusiya lideri Vladimir Putin 2014-cü ilin noyabr ayında "Forbes"in versiyasına görə, "dünyanaın ən nüfuzlu insanları" siyahısına da başçılıq edib.
Mənbə
ANS PRESS