Sami Xedira və Fabio Koentrao "Eybar"la oyunda meydana çıxa bilməyəcək.

Metbuat.az AS-a istinadən xəbər verir ki, alman futbolçu komandanın son məşqində kürəyindən zədə alıb, Koentraonun isə dizində ağrılar var.

Adlarını sadaladığım futbolçular sonuncu dəfə "Şalke" (3:4) ilə oyunda meydana çıxıblar.

Xedira və Koentraonun mövsümün sonunda "Real"ı tərk edəcəyi gözlənilir.