İŞİD qruplaşması İraqın Ramadi şəhərinin bir neçə bölgəsində nəzarəti ələ keçirib. ANS PRESS-in CNN telekanalına istinadən verdiyi məlumata görə, uzun sürən döyüşlər zamanı İraq ordusunun azı 10 əsgəri həlak olub.

Ənbar əyalətində İraq ordusuna rəhbərlik edən general Qasım Əl-Məhəmmədinin isə yaralandığı bildirilir.

Qeyd edək ki, Ramadi şəhəri paytaxt Bağdaddan 110 kilometr qərbdə yerləşir və İŞİD üçün strateji əhəmiyyət daşıyır.

İraq ordusu bir müddət əvvəl İŞİD-in əsas istinadgahlardan biri olan Tikrit şəhərini terrorçulardan almışdı.
Mənbə
ANS PRESS