Bakı. 11 aprel. REPORT.AZ/ Bu gün Avstraliyanın Melburn şəhərinin cənub-şərqindəki Murabbin qəsəbəsinin hava limanının uçuş-eniş zolağında iki yüngül motorlu təyyarə toqquşub. 
"Report"un "TASS"a istinadən verdiyi məlumata görə, nəticədə təyyarənin göyərtəsində olan 5 nəfərdən üçü xəsarət alaraq xəstəxanaya çatdırılıb, iki nəfər isə ambulator yardım göstərilib.