Boliviyada avtobusun dərəyə aşması nəticəsində 8 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

 

APA-nın “Rosbalt” agentliyinə istinadən verdiyi xəbərə görə, sərnişin avtobusu İnkisivi əyalətindən Koçabambu şəhərinə yollanırmış.

 

İlkin ehtimala əsasən, güclü duman olduğundan sürücü idarəetməni itirib və avtobus dərəyə yuvarlanıb.