Azərbaycanın ağır atletləri Avropa Çempionatında mübarizə aparacaqlar.

ANS PRESS-in məlumatına görə, çempionatda səkkizə qədər idmançımız iştirak edir.

Ağır atletika üzrə Avropa çempionatı aprelin 11-dən 18-dək Tbilisidə təşkil olunacaq.

Ölkəmizi sözügedən qitə çempionatında aşağıdakı atletlərimiz təmsil edəcəklər:

Silviya Anqelova (48 kq),
Boyanko Kostova (58 kq),
Anastasiya İbrahimli (69 kq),
Elmar Əliyev (56 kq),
Valentin Xristov (62 kq),
İvan Stoitsov (77 kq),
Əfqan Bayramov (77 kq),
İntiqam Zairov (94 kq).
Mənbə
ANS PRESS