Bakı, 11 aprel, AZƏRTAC
Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti sığorta aktuarisi kimi fəaliyyət göstərmək istəyən 27 fiziki şəxsə beş il müddətinə şəhadətnamə verilməsi barədə qərar qəbul edib.
Dövlət Sığorta Nəzarəti Xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin fiziki şəxslər aktuari şəhadətnaməsini almaq üçün bu il martın 30-da attestasiya imtahanlarını müvəffəqiyyətlə veriblər.