ABŞ prezidenti Barak Obama 2014-cü il ərzində 477 min dollar qazanıb və 93 min dollar vergi ödəyib.

ANS PRESS-in məlumatına görə, bu haqda Associated Press xəbər verib.

Obama həmçinin öz vergi bəyannaməsində 71 min dollar xeyriyyəçiliyə xərclədiyini qeyd edib.

Ən böyük ölçüdə ianə 22 min dollar Fisher House Foundation təşkilatina göndərilib.

Bu təşkilat yaralı hərbi qulluqçulara və onların ailələrinə kömək edir.

Həmçinin vitse-prezident Co Baydenin də vergi bəyannaməsi elan edilib. Onun gəliri 389 min dollar təşkil edib, dövlət xeyrinə vergi ödəmələri 90 mindən bir qədər çox olub.
Mənbə
ANS PRESS