“Təhsil sistemində psixoloji biliklərin tətbiqi” mövzusunda təlim kursu
Bakı, 10 aprel, AZƏRTAC
Təhsil Problemləri İnstitutunda Bakı şəhərinin Xətai, Nizami, Suraxanı rayonlarının məktəb psixoloqlarının iştirakı ilə “Təhsil sistemində psixoloji biliklərin tətbiqi” mövzusunda təlim kursu keçirilib.
TPİ-dən AZƏRTAC-a bildiriblər ki, kursda məktəbdə psixoloji biliklərin təbliği, maarifləndirmə və profilaktika, təhsil prosesi iştirakçılarının diaqnostikası və korreksiyası, onlarla təşkil edilən psixoloji konsultasiyaların xüsusiyyətləri, konsiliumların təşkili qaydaları haqqında məlumatlar verilib, praktik yolları öyrədilib.
Təlim kursları psixologiya və yaş fiziologiyası şöbəsinin elmlər doktoru proqramı üzrə doktorantı Limunət Əmrahlı tərəfindən aparılıb.
Təlim müddətində məktəb psixoloqlarının təhsil sistemində aparılan kurikulum islahatlarına cəlb olunmalarına daha çox diqqət yetirilib. Həmçinin kurikulumun əsas məqsədi olan şagird şəxsiyyətinin formalaşdırılması, koqnitiv bacarıqların yaradılması prosesində məktəb psixoloqlarının üzərinə düşən vəzifələr aydınlaşdırılıb. Müasir psixologiyanın ən aktual məsələləri, həmin məsələlərin tədris prosesi ilə əlaqələndirilməsi, insan şəxsiyyətinə koqnitiv və transpersonal yanaşmalar haqqında da məlumatlar verilib.
Kursun sonunda institut direktorunun müavini, pedaqogika üzrə fəlsəfə doktoru Ənvər Abbasov kursu uğurla başa vuran iştirakçılara Təhsil Nazirliyi və Təhsil Problemləri İnstitutunun sertifikatlarını təqdim edib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08