Bakı, 10 aprel, AZƏRTAC
“Atəşgah” İntellektual Oyunlar Klubu və Azərbaycan İntellektual Oyunlar Federasiyası aprelin 11-12-də Belarusun paytaxtı Minskdə “Land of fire Azerbaijan” beynəlxalq intellektual turniri təşkil edəcək.
AZƏRTAC xəbər verir ki, 25 komandanın iştirak edəcəyi turnirin proqramına “Nə? Harada? Nə zaman” və “Xəmsə” milli intellektual oyunu üzrə yarışlar daxildir.
Turnirin top-redaktoru azərbaycanlı bilici Roman Orkodaşvilidir. Məşhur belaruslu bilici Ales Muxin isə turnirin aparıcısı olacaq.
Festivalın Təşkilat Komitəsinin rəhbəri İlkin Yetirmişli deyib ki, festivalın məqsədi xarici ölkələrdən olan bilicilərin Azərbaycanın tarixi və mədəni irsi ilə tanış olmasıdır.